Qax sakini bir gündə iki dəfə intihara cəhd edib

  10 Oktyabr 2018    Oxunub : 1422
Qax sakini bir gündə iki dəfə intihara cəhd edib
Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib.
Rayonun 1960-cı il təvəllüdlü Zəyəm kənd sakini Nuriyev Ovod Abdurəhman oğlu günorta saatlarında kəskin zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Orada zərərçəkmişin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub.

Xəstəxanadan “Report”a bildirilib ki, o hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur, vəziyyəti orta-ağırdır.

O.Nuriyev oktyabrın 9-u da intihara cəhd edərək sol qolunun bilək nahiyəsini iti alətlə kəsib. Ona xəstəxananın Cərrahiyyə şöbəsində ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Qax   İntihar