Prezident qaçqınlardan danışdı

Prezident qaçqınlardan danışdı
  26 Oktyabr 2013    Oxunub:1328
Fransua Oland: "Qaçqınların Avropaya gəlməsinin qarşısını almaq üçün Livan, İordaniya və Türkiyəyə yardım etmək lazımdır"
Suriyalı qaçqınların Avropaya köç etməsi Fransa prezidenti Fransua Olandı narahat etməyə başlayıb. Türkiyə mətbuatının məlumatına görə, Fransa prezidenti Suriyanın qonşularına yardım edilməsinin zəruri olduğunu bildirib:

“Bu onun üçün vacibdir ki, qaçqınlar düşərgələri tərk edib, Avropaya gəlməyə cəhd etməsinlər. Suriyalı qaçqınların hazırda olduqları düşərgələri tərk edib Avropaya gəlməsinin qarşısını almaq üçün bu ölkəyə qonşu olan Livan, İordaniya və Türkiyəyə yardım etmək lazımdır".

AzVision.az


Teqlər:  





Xəbər lenti