Qəbələdə "VAZ" körpüdən aşıb, iki nəfər ölüb

Qəbələdə "VAZ" körpüdən aşıb, iki nəfər ölüb
  09 Oktyabr 2018    Oxunub:2932
Qəbələ rayonunun Həmzəli kəndində "VAZ" markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza   Qəbələ  





Xəbər lenti