Bakıda 18 yaşlı gəlin itkin düşüb

Bakıda 18 yaşlı gəlin itkin düşüb
  09 Oktyabr 2018    Oxunub:3490
Bakı sakini itkin düşüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu G.Şıxlinski küçəsi, ev 59-da yaşayan 1988-ci il təvəllüdlü Rzayev Emin Bəylər oğlu Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 3-də səhər saat 10 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Həsənova Səbinə Rasim qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Polis   Qız  





Xəbər lenti