Ərəblərin qaldığı evdəki yanğınla bağlı rəsmi məlumat

Ərəblərin qaldığı evdəki yanğınla bağlı rəsmi məlumat
  08 Oktyabr 2018    Oxunub:3086
Qəbələ rayonunda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 m2 sahədə yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı müxtəlif yanıq xəsarətləri almış 6 nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti