Binəqədidə yanğın: 14 nəfər təxliyə olunub

Binəqədidə yanğın: 14 nəfər təxliyə olunub
  08 Oktyabr 2018    Oxunub:3114
Bakıda baş verən yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti