Oğurluq edən 2 keçmiş məhkum tutuldu

Oğurluq edən 2 keçmiş məhkum tutuldu
  05 Oktyabr 2018    Oxunub:3245
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də rayon ərazisindəki evlərin birindən 500 manat və 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Anar Həsənov və Sabirabad rayon sakini Xəqani Abbasov saxlanılıblar.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti