Soyğunçuluq və oğurluq edənlər tutuldu
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səfikürd kəndindəki kafelərin birində rayon sakini E.Əliyevin cibindən 550 manatını və sənədini oğurlamaqda şübhəli bilinən Nadirkənd kənd sakini olan qadın saxlanılıb.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən oktyabrın 3-də şəhər ərazisində F.Məmmədovun “Ford” markalı avtomobilindən 350 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan qadın saxlanılıb. Onun oktyabrın 4-də Şirvanlı kəndi ərazisində Ağdam rayon sakini X.Məmmədovun cibindən 300 manatını oğurlaması da müəyyən edilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində rayon ərazisindəki 2 mağazada işləyən 2 qadın satıcının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Xəlilov saxlanılıb. Araşdırma zamanı onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az