ARDNŞ: Qaz quyusu xilas edildi

ARDNŞ: Qaz quyusu xilas edildi
  26 Oktyabr 2013    Oxunub:1117
Bu gün ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssisləri tərəfindən aparılmış birgə tədbirlər nəticəsində "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyudan alınan məhsulun sistemə verilməsi prosesinə başlanılıb.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyudan hasil olunan qaz özüldəki mövcud xətlə sahilə nəql olunur.

Bununla da "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş vermiş qəza tam aradan qaldırılıb, quyu xilas edilib və sistemə qoşulub.


Teqlər:





Xəbər lenti