Nazirlik şikayəti yerində araşdırdı
Kənd sakinlərinin xüsusi mülkiyyətlərində olan həyətyanı sahələrə keçirilən baxış zamanı yaş köküstə 3 qoz və 2 qovaq ağacının kəsildiyi müəyyən olunub. Torpaq mülkiyyətçiləri ağacları maddi ehtiyaclarını ödəmək üçün kəsərək satdıqlarını etiraf ediblər.
Qeyd edək, ağac kəsintisi faktları olmasına baxmayaraq mövcud qanunvericiliyin tələbləri həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan vermir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydalarının tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir.
AzVision.az