92 cinayətdən 12-si “isti izlər”lə açılıb

92 cinayətdən 12-si “isti izlər”lə açılıb
  04 Oktyabr 2018    Oxunub:2306
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 92 cinayət faktı qeydə alınıb, onların da 12-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Cinayət   Axtarış   DİN  





Xəbər lenti