Bərdədə ağır yol qəzası - 4 ölü (Yenilənib)

Bərdədə ağır yol qəzası - 4 ölü (Yenilənib)
  04 Oktyabr 2018    Oxunub:4234
Bərdədə "Shacman" markalı yük maşını ilə "VAZ-21011"in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakini olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

"Shacman"ı Nuriyev Raqif Səxavət oğlu idarə edib.

***
Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

"KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Bərdə   Qəza  





Xəbər lenti