Nazirlik Binədə qəzaya düşənlərin son vəziyyətini açıqladı

Nazirlik Binədə qəzaya düşənlərin son vəziyyətini açıqladı
  03 Oktyabr 2018    Oxunub:2653
Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin vəziyyəti ağır stabildir.
“7 nəfər travmatologiya şöbəsində, 1 nəfər müştərək travmatologiya şöbəsində, 2 nəfər isə uşaq travmatologiya şöbəsindədir. Onların vəziyyətləri stabildir, müalicələri davam edir. Kliniki Tibbi Mərkəzdə hazırda 3 nəfər var. Onlardan 2-i bu gün evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, vəziyyəti ağır stabildir”.

Qeyd edək ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qəza   Səhiyyə-Nazirliyi  





Xəbər lenti