Bakıda 32 yaşlı kişi itkin düşüb - FOTO

Bakıda 32 yaşlı kişi itkin düşüb - FOTO
  02 Oktyabr 2018    Oxunub:2858
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Osmanov bu il iyulun 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, onun boyu 171 sm., arıq bədən quruluşludur, ağ bənizli, qara saçlı, gözlərinin rəngi şabalıdıdır. Xüsusi nişanəsi yoxdur, belində qara xalı var.

Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail rayon Polis idarəsinə (012) 437-02-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər: DİN   İtkin  





Xəbər lenti