Sentyabrda 63 nəfər yol qəzasında ölüb

Sentyabrda 63 nəfər yol qəzasında ölüb
  02 Oktyabr 2018    Oxunub:2797
Sentyabr ayında respublikanın avtomobil yollarında 107 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 63 nəfər həlak, 154 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, avqust ayında respublikanın avtomobil yollarında 134 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 67 nəfər ölüb, 241 nəfər isə yaralanıb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Qəza   DİN   Sentyabr  





Xəbər lenti