Salyan sakini qohumunu “KamAZ”la vurub öldürdü

Salyan sakini qohumunu “KamAZ”la vurub öldürdü
  01 Oktyabr 2018    Oxunub:3657
Sentyabrın 30-da saat 18 radələrində Salyan rayonunun Xıdırlı kəndi ərazisində kənd sakini Şahin Əsədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən qohumu – 10 yaşlı Nurlan Məlikovu vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə uşaq hadisə yerində ölüb. Salyan RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti