İki gündə 187 cinayət faktı qeydə alınıb

İki gündə 187 cinayət faktı qeydə alınıb
  01 Oktyabr 2018    Oxunub:1976
Sentyabrın 29-dan oktyabrın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində (şənbə-bazar) 187 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Cinayət   DİN  





Xəbər lenti