Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu yaralandı

Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu yaralandı
  30 Sentyabr 2018    Oxunub:4418
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

“Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti