Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
  29 Sentyabr 2018    Oxunub:3185
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN  





Xəbər lenti