Sumqayıtda yanğın: 4 nəfər təxliyə olunub

Sumqayıtda yanğın: 4 nəfər təxliyə olunub
  29 Sentyabr 2018    Oxunub:3709
Sumqayıt şəhərində yanğın qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 35 m2 olan 2 otaqlı məzilin 1 otağında 1 ədəd mebel dəsti və 1 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub, 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti