Nənə və nəvə qəzada öldü

Nənə və nəvə qəzada öldü
  29 Sentyabr 2018    Oxunub:3676
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər. Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti