Nəsimidə evdən qadın meyiti tapılıb

Nəsimidə evdən qadın meyiti tapılıb
  25 Sentyabr 2018    Oxunub:3463
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1941-ci il təvəllüdlü Əliyeva Almaz Cavad qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı hərəkətsiz vəziyyətdə aşkar ediblər.

İlkin müayinə zamanı A.Əliyevanın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb. ​

AzVision.az


Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti