İki piyada yol qəzasında ölüb

İki piyada yol qəzasında ölüb
  24 Sentyabr 2018    Oxunub:2840
Sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
DİN-dən -a verilən xəbərə görə, sentyabrın 23-də saat 19 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktlarla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti