Sumqayıtda qoyun oğruları ələ keçdi

Sumqayıtda qoyun oğruları ələ keçdi
  24 Sentyabr 2018    Oxunub:3816
Sentyabrın 22-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal başlanan tədbirlərlə oğurluğun Sumqayıt şəhər sakinləri olan 3 nəfər tərəfindən törədildiyi qısa zamanda müəyyən edilib. Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhərinin ərazisində saxlanılıblar.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti