Gədəbəydə külli miqdarda narkotik aşkarlanıb - FOTO

Gədəbəydə külli miqdarda narkotik aşkarlanıb - FOTO
  24 Sentyabr 2018    Oxunub:5350
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az-a verilən məlumata görə, Gədəbəy rayon sakini Amin Məmmədovun rayonun Slavyanka kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilən 173 ədəd narkotik çətənə bitkisinə bənzər 2249 kiloqram olan kollar, evin yardımçı otaqlarında yarı qurudulmuş halda saxlanılan 97 kiloqram 500 qram və 70 ədəd 3 kiloqramlıq şüşə bankalara yığılan çəkisi 8 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunaraq götürülüb.



Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır.





AzVision.az


Teqlər: Narkotik   Gədəbəy   DİN  





Xəbər lenti