Şəkidə taxta emalı sexi yanıb

Şəkidə taxta emalı sexi yanıb
  22 Sentyabr 2018    Oxunub:2711
Şəkidə yanğın qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, şəhərin ümumi sahəsi 700 m² olan tikilinin (taxta emalı sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 350 m² sahədə və içərisinə yığılmış hazır taxta məmularları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Şəki  





Xəbər lenti