Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıtda intihara cəhdin qarşısı alınıb
  22 Sentyabr 2018    Oxunub:2600
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzVision.az


Teqlər: FHN   Sumqayıt   İntihar  





Xəbər lenti