İcazəsiz ov edən şəxs cərimələndi

İcazəsiz ov edən şəxs cərimələndi
  21 Sentyabr 2018    Oxunub:2563
21 sentyabr 2018-ci il tarixində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumaat görə, araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub. Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.

AzVision.az


Teqlər: ETSN   Ov  





Xəbər lenti