Nazirlik Xaçmazda reyd keçirib

Nazirlik Xaçmazda reyd keçirib
  21 Sentyabr 2018    Oxunub:2905
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, reyd zamaı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 m3 həcmində palıd, ağcaqayın, qovaq cinsli girdə işlik və çəkilmiş taxta materialı aşkar olunub.



Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və 1946,58 manat məbləğində ziyan tətbiq edilib.

AzVision.az


Teqlər: ETSN   Reyd  





Xəbər lenti