Paytaxtda daha bir piyada ölümü

Paytaxtda daha bir piyada ölümü
  21 Sentyabr 2018    Oxunub:2982
Sentyabrın 20-də saat 20 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Cavid Baxışov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əliqulu Cabbarovu vurub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Piyada   DİN  





Xəbər lenti