DİN dəhşətli qəzada ölənlərin adlarını açıqladı

DİN dəhşətli qəzada ölənlərin adlarını açıqladı
  21 Sentyabr 2018    Oxunub:2209
Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonu ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Xətai   Qəza  





Xəbər lenti