Gözəllik salonundan oğurluq edilib

Gözəllik salonundan oğurluq edilib
  21 Sentyabr 2018    Oxunub:2065
Gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabısının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Onun paytaxt sakini Ə.Əhmədova olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Oğurluq   DİN  





Xəbər lenti