Etimad İsmayılov sabah dəfn olunacaq

Etimad İsmayılov sabah dəfn olunacaq
  20 Sentyabr 2018    Oxunub:3877
İstanbulda qətlə yetirilən iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.
AzVision.az xəbər verir ki, mərhumun cənazəsi Bakı vaxtı ilə saat 20:40-də Bakıya yola salınacaq.

Vida mərasimi sabah saat 11:00-da sabiq deputat İlyas İsmayılovun bağ evində keçiriləcək, onun nəşi Nardaran qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sabiq deputat, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov sentyabrın 19-da axşam saatlarında İstanbulda qətlə yetirilib. Qətldə şübhəli bilinən sabiq polis rəisi Gözəl Dəmirov əvvəlcə hadisə yerindən qaçmağa müvəffəq olsa da, gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib. Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Etimad-İsmayılov  





Xəbər lenti