Sumqayıtda nənə və nəvəni maşın vurub

Sumqayıtda nənə və nəvəni maşın vurub
  20 Sentyabr 2018    Oxunub:2316
Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib. Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti