7 evi yaran şəxslər ələ keçirilib

7 evi yaran şəxslər ələ keçirilib
  20 Sentyabr 2018    Oxunub:2219
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.

Daxil olmuş müraciət əsasında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarının “isti izlər”lə keçidrikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Anar Cəfərli və qohumu Eşqin Hüseynov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti