Həftəsonu 191 cinayət törədilib - 39 nəfər tutulub

Həftəsonu 191 cinayət törədilib - 39 nəfər tutulub
  17 Sentyabr 2018    Oxunub:2926
Ötən həftənin sonu ölkə ərazisində törədilən cinayətlərin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, 15 sentyabr tarixində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 13-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

16 sentyabr tarixində bazar günü respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti