Karateçilərimiz Berlində 3 medal qazanıb

Karateçilərimiz Berlində 3 medal qazanıb
  17 Sentyabr 2018    Oxunub:2685
Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıb.
Azərbaycan Milli Karate Federassiyasının media və ictimaiyyətlə işlər şöbəsindən AzVision.az-a verilən məlumata əsasən, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub.

Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate 1 Premyer Liqa turnirində 72 ölkədən 763 idmançı iştirak edib. Mövsümün son liqası 12-14 oktyabr tarixlərində Tokioda keçiriləcək. Milli komanda vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.

AzVision.az



Teqlər: Karate   Berlin  





Xəbər lenti