Qadınları qarət edən şəxs tutulub

Qadınları qarət edən şəxs tutulub
  15 Sentyabr 2018    Oxunub:3143
Bakıda oğurluq edən şəxs saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan iki qadının çantalarından ümumilikdə 56 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti