Ermənistanda əsirimizi işgəncə ilə hədələyiblər

Ermənistanda əsirimizi işgəncə ilə hədələyiblər
  23 Oktyabr 2013    Oxunub:946
Allahverdi Pələngovu sərhədi pozmağa ermənilər məcbur edib.
İki ay erməni əsirliyində olan miliyyətcə azərbaycanlı Gürcüstan vətəndaşı Allahverdi Pələngov azad edildikdən sonra başına gələnlərdən danışıb. O, bildirib ki, əslində onu Ermənistan sərhədini pozmağa məcbur edənlər mülki geyimli Ermənistan vətəndaşları olub.

“Mənə dedilər ki, sərhədi könüllü olaraq keçdiyini etiraf etməsən, dırnaqlarını qoparacağıq “- deyən A. Pələngov bildirib ki, ermənilər onu başqa cinayətlərlə şərləməklə də hədələyiblər.

Qeyd edək ki, Allahverdi təcridxanada üç erməni ilə bir yerdə saxlanılsa da, bu müddət ərzində Gürcüstan vətəndaşı olduğu üçün yanındakılardan heç bir təzyiq və ya əziyyət görmədiyini də deyib.

Ləman Əzizli
AzVision.az



Teqlər:  





Xəbər lenti