Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub, tıxac yaranıb - FOTO

Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub, tıxac yaranıb - FOTO
  13 Sentyabr 2018    Oxunub:3802
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.
AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, magistralda 2 "Mercedes" və 1 "BMW" markalı avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Hadisə nəticəsində yolda tıxac yaranıb. Hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəliblər.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qəza   Tıxac  





Xəbər lenti