Bakıda evdən qadın meyiti tapılıb

Bakıda evdən qadın meyiti tapılıb
  11 Sentyabr 2018    Oxunub:1555
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Lyudmila Arxintova Yevgeninkanın meyitini aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti