Həftəsonu 182 cinayət hadisəsi baş verib

Həftəsonu 182 cinayət hadisəsi baş verib
  10 Sentyabr 2018    Oxunub:1446
Ötən həftənin sonu ölkə ərazisində törədilən cinayətlərin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, 08 sentyabr tarixində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 123 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

09 sentyabr tarixində isə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 10-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti