Evdən 40 minlik oğurluq edən qardaşlar tutulub

Evdən 40 minlik oğurluq edən qardaşlar tutulub
  10 Sentyabr 2018    Oxunub:1634
Oğurluq edən Biləsuvar rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evlərin birindən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıblar.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti