İstirahətə gedən gənci maşın vurub

İstirahətə gedən gənci maşın vurub
  09 Sentyabr 2018    Oxunub:1994
Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, Lənkərana istirahətə gələn 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Nurulla Baxşıyev "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ətrafdakıların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş və döş qəfəsindən ağır travma alan yaralı koma vəziyyətindədir. Diaqnostik müayinələrdən sonra N.Baxşıyev Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər:





Xəbər lenti