Novxanıda bir nəfər dənizdə batıb - Yenilənib

Novxanıda bir nəfər dənizdə batıb - Yenilənib
  09 Sentyabr 2018    Oxunub:2649
Abşeron rayonunun Novxanı kəndində dənizdə batdığı ehtimal edilən 1 nəfərin (şəxsiyyəti məlum deyil) axtarışları başa çatıb.
AzVision.az FHN-ə istinadən xəbər veirr ki, vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.

AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: FHN   Novxanı   Dəniz  





Xəbər lenti