Mingəçevirdə gəlin maşını qəzaya düşdü - Yaralılar var (Yenilənib)

Mingəçevirdə gəlin maşını qəzaya düşdü - Yaralılar var (Yenilənib)
  09 Sentyabr 2018    Oxunub:21372
Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.
AzVision.az Report-a istinadən xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub. Onlardan biri "Mercedes"in sürücüsü və eyni zmaanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.

Hadisə vaxtı gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.

AzVision.az


Teqlər: Qəza   Toy   Gəlin  





Xəbər lenti