Gəncədə 4 otaqlı ev yanıb

Gəncədə 4 otaqlı ev yanıb
  09 Sentyabr 2018    Oxunub:2031
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 7 m² sahədə və evə bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 9 m² sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Gəncə   Yanğın  





Xəbər lenti