İki piyada yol qəzasında ölüb

İki piyada yol qəzasında ölüb
  04 Sentyabr 2018    Oxunub:4316
Sentyabrın 2-də saat 20 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində kənd sakini Sahib Niftəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Mahmudlu kənd sakini Nüsrət Ağayevi vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 3-də orada ölüb.

Anoloji hadisə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, sentyabrın 3-də saat 22 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnar Salışev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən paytaxt sakini Taleh Xalıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti