Tovuzda azyaşlı quyuya düşüb

Tovuzda azyaşlı quyuya düşüb
  04 Sentyabr 2018    Oxunub:4035
Tovuzda bir nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Tovuz  





Xəbər lenti