İsmayıllıda dağlıq ərazi yanır

İsmayıllıda dağlıq ərazi yanır
  03 Sentyabr 2018    Oxunub:4218
İsmayıllı rayonunun Keyvəndi kəndi yaxınlığında dağlıq ərazi yanır.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. İlkin məlumata əsasən təxminən 10 ha sahədə quru ot və kol-kos yanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti